İyulda Vilnüsdə keçiriləcək NATO sammiti zamanı Ukrayna Şimali Atlantika Alyansına dəvət almayacaq.
Bunu Brüsseldə mətbuat konfransı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Biz Ukrayna üzrə fəaliyyət planını müzakirə etdik. Bu, Osloda nazirlərin görüşündə qaldırılan məsələdir”, – NATO-nun rəhbəri bəyan edib.
Stoltenberqin sözlərinə görə, Ukrayna ilə bağlı mühüm elementlər ölkənin praktiki baxımdan NATO-ya yaxınlaşması və Ukraynanın Aİ-yə üzvlüyüdür.
“Hələlik biz Vilnüs sammiti zamanı Ukraynanı NATO-ya üzv olmağa dəvət etməyi müzakirə etməyəcəyik. Amma biz hesab edirik ki, Ukrayna üzv olmalıdır. Biz bu prosesi yaxınlaşdıracağıq. Vilnüsdə bunun necə olacağına dair konsensus tapa biləcəyimizə əminik”, – Stoltenberq əlavə edib.
Qeyd edək ki, NATO Sammiti iyulun 11-12-də keçiriləcək.
Mənbə: rbc.ua
www.RESMIXEBER.az

