Paytaxtda avtomobilin vurduğu 22 yaşlı oğlan 12 gün sonra xəstəxanada ölüb

Cəmiyyət


Bakıda avtomobilin vurduğu 22 yaşlı oğlan 12 gün sonra xəstəxanada ölüb.

resmixeber.az xəbər verir ki, mayın 20-də 1993-cü il təvəllüdlü Rasim Əfqan oğlu Qasımovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, “DSK yolu” deyilən ərazidə hərəkətdə olan zaman yolu keçən piyadalar – 2002-ci il təvəllüdlü Naməd Ceyhun oğlu Bayramovu və 2001-ci il təvəllüdlü Əvəz Əvəz oğlu Hüseynlini vurub.

Nəticədə Ə.Hüseynli az ağır bədən xəsarəti alıb, N.Bayramov isə müalicə aldığı xəstəxanada 12 gün sonra ölüb.

Faktla bağlı cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir