Şagird bir suala görə 300 bal toplamadı? – FOTO

Cəmiyyət


Valideyn Məhəmməd Quliyev aprel ayının 30-da IX siniflər üçün keçirilən buraxılış imtahanından narazıdır.

Bu barədə resmixeber.az-ın redaksiyasına müraciət ünvanlayan şəxs bildirib ki, DİM-in qeyd etdiyi sualda yanlışlığa yol verilib:

“Azərbaycan dili fənni üzrə qapalı sualda yanlış olub. Belə ki, o sual DİM test toplusu birinci hissə səhifə 61-də test nömrə 29 da öz əksini tapıb.

DİM-in test toplusunda düzgün cavab kimi verilmiş bənd buraxılış imtahan sualında təhrif olunaraq yazılıb və nəticə olaraq orada üç çox mənalı söz yaranıb.  Sualda doğru cavab olmadığı üçün şagird məcbur qalaraq variantlardan birini seçib”.

Məsələ barədə Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Xanlar Xanlarzadə resmixeber.az-a açıqlamasında bildirib ki, 30 aprel 2023-cü il tarixində ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında Azərbaycan dili fənni üzrə istifadə olunmuş test tapşırıqları ümumtəhsil məktəblərində tədris olunan fənlər üzrə dərsliklər və Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi “Abituriyent” jurnalında dərc olunmuş proqram əsasında hazırlanıb:

“Qeyd olunan test tapşırığı “Leksika” bölməsinə aiddir və burada iki çoxmənalı sözün işləndiyi nümunəni müəyyən etmək tələb olunur. Test tapşırığının yalnız bir bəndində verilən cümlədə iki söz məcazi mənada işlənərək çoxmənalılıq yaradıb. Bu da tapşırığın doğru cavabıdır. Tapşırıqda hər hansı elmi-metodiki yanlışlıq yoxdur”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir