Direktor və müavinləri sertifikasiya imtahanı verəcək?

Cəmiyyət


“Keçən il keçirilən sertifikasiya imtahanlarında uğursuz nəticə göstərən müəllimlər üçün təkrar imtahanlar iyul ayının sonu avqustun əvvəli keçiriləcək”.

resmixeber.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. 

O qeyd edib ki, təkrar imtahanda da iştirak etmirsə və ya uğursuz nəticə olarsa, həmin şəxslərin əmək müqaviləsinə xitam veriləcək.

E.Bağırov əlavə edib ki, hazırda direktor və müavinlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılmır:

“Bununla bağlı qaydalar yoxdur. Gələcəkdə ola bilər. Direktor müavinidir və müəllimdirsə, onlar da imtahandan azaddırlar”.

İlhamə Əbülfət

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir