Astarada elektrik stansiyasına yağış suları ilə dolub

Cəmiyyət


Mayın 14-dən başlayaraq Astara rayonunda yağan intensiv yağışlar nəticəsində Astara Modul Tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsi yağış suları ilə dolub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikaları suçəkmə işlərinə cəlb olunub.

Hazırda suçəkmə və digər təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Əlavə məlumat veriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir