Çavuşoğlu: “Xartumdakı səfirliyi müvəqqəti olaraq köçürəcəyik”

Dünya


“Türkiyə hakimiyyəti Sudanda davam edən toqquşmalar səbəbindən səfirliyin Xartumdan Port-Sudana köçürülməsi təklifini qəbul edib”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

“Sudan tərəfi bizə səfirliyi Xartumdan Port-Sudana köçürməyi təklif edib, orada bizə yer ayıracaqlar. Səfirliyimizin yerləşdiyi ərazidə şiddətli toqquşmalar, küçə döyüşləri gedir. Diplomatik nümayəndəliyi müvəqqəti Port-Sudana köçürmək qərarına gəlmişik”, – o deyib.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir