Yevlaxda evdə qadın meyiti aşkarlanıb

Cəmiyyət


Yevlax rayonunun Tanrıqulular kəndində 1987-ci il təvəllüdlü S.Eyyubova yaşadığı evin hamam otağında ölü halda tapılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Qadının dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.

S.Eyyubovanın meyiti tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma gedir.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir