Doqquz yaşlı Ayxanın sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Qarəhmədova məlumat verib.
O bildirib ki, Ayxanın görmə problemi var.
“Ayxan anadan olandan bir gözündə mirvari suyu var idi. Altı aylıq olarkən bununla bağlı əməliyyat keçirsə də, daha sonra digər gözündə də problem olduğunu öyrəndik. Ayxan 2 yaşında gözündən əməliyyat olaraq linza qoyulub. Ayxan martın 30-da biri görməsinin artması üçün, digəri isə göz formasını itirməməsi üçün iki əməliyyat keçirməli idi. Lakin müayinələr zamanı övladımın gözünün buynuz qişasının qopduğu məlum oldu”
Əfsanə Qarəhmədova övladının görməsi üçün maddi yardıma ehtiyacları olduğunu deyib.
“Həkimlər təcili əməliyyata ehtiyac olduğunu bildirdilər. Ayxanın hazırda bir gözü 3%, digəri isə 1,8% görür. Ayxanın bu iki əməliyyatı üçün lazım olan 7 000 manatı yardımsevər şəxslərin sayəsində toplaya bilmişik, inanın, digər əməliyyat üçün imkanımız yoxdur. Əməliyyat üçün 3 500 manat lazımdır, bizdə isə cəmi 1 500 manat var, yəni 2 000 manatımız çatmır. Yardımsevər şəxslərdən övladıma kömək olmalarını, onun bu yaşda dünya işığından məhrum olmamağına yardım etmələrini xahiş edirəm. Əməliyyat olunmasa, dünya işığına ömürlük həsrət qalacaq”.
Ailə ilə əlaqə: 055 583 82 97




www.RESMIXEBER.az


