İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

Kriminal


Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib.

“resmixeber.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb.

Baş nahiyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

M.Musayevin özünə qəsd etməsinin səbəbi hələlik bilinmir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir