Bu gün “resmixeber.az Media Group”un tərkibində fəaliyyət göstərən rusdilli “Vesti.az” İnformasiya Agentliyinin yaradılmasından 14 il ötür.
“Vesti.az” ilk gündən geniş oxucu auditoriyasının diqqətini cəlb edib. Eksklüziv materiallar, reportaj və müsahibələr “Vesti.az”ın populyar internet resurslardan birinə çevrilməsinə səbəb olub.
“Vesti.az” təkcə Azərbaycanda deyil, dünyada, xüsusilə MDB məkanında tanınan, ən çox istinad edilən resurslardan biridir. Agentlik Qarabağ məsələsi ilə bağlı reallığın dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.
Hər gün on minlərlə oxucunun ziyarət etdiyi “Vesti.az” dünyanın tanınmış analitikləri, politoloqları ilə yaxından əməkdaşlıq edir.
resmixeber.az kollektivi adından həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
www.RESMIXEBER.az