Göyçayda 4 avtomobil toqquşub, yaralılar var

Cəmiyyət

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

“resmixeber.az”  xəbər verir ki, hadisə bu gün saat 23:00 radələrində Göyçay-Qarabaqqal-Bığır yolunun Hacalıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki “VAZ 21015”, “VAZ 2106” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yolda nəqliyyatın hərəkəti yarım saat ərzində dayanıb, böyük məsafədə tıxac yaranıb.

DYP əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib. Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir