Oğuzda buzlu yolda idarəetmədən çıxan avtomobil ağaca çırpıldı: Xəsarət alan var

Cəmiyyət

Oğuz rayonunda yolların buzlu olması səbəbindən idarəetmədən çıxan “Mercedes-Benz” markalı avtomobil ağaca çırpılıb.

“Report” xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir