Qənirə Paşayeva Asiya Parlament Assambleyası Sədrinin Müavini Seçilib

Baş səhifə

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasının hazırkı sədrinin müavini seçilib.

Musavat.com xəbər verir ki, bu barədə Antalyada keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası qərar qəbul edib.

Komitənin sədri Qənirə Paşayeva açıqlamasında əminliklə bildirib ki, Asiya Parlament Assambleyası müasir dünyadakı qlobal problemlərin həlli istiqamətində beynəlxalq ictimaiyyətə faydalı çağırışlar edən, yüksək nəticələr qazanmağa potensialı olan qurumdur. Azərbaycan bu platformanın imkanlarından geniş şəkildə istifadə edərək sülh və inkişaf prinsipində hamı üçün faydalı olan əməkdaşlıq münasibətlərinə yeni töhfələr vermək niyyətindədir.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir