Şuşada mövzu seçməyə ehtiyac yoxdur, təbiətin özü sənə mövzu verir – Şuşalı rəssam

Baş səhifə

Bakı. Trend:

Bakıda emalatxanada işləyərkən mövzunu özün seçirsən. Amma
Şuşada təbiətin özü sənə mövzu verir. Burada işlənəcək, çəkiləcək
mövzular çoxdur.

Bunu Trend-in
Qarabağ bürosuna açıqlamasında rəssam Zaur Mirzəyev deyib.

Z.Mirzəyev bildirib ki, Şuşada anadan olub, 20 yaşına qədər
buarada yaşayıb və hazırda da şəhərdə fəaliyyət göstərir:

“2020-ci ildə əldə olunan qələbədən sonra qısa müddətdə doğma
yurda qayıdaraq yaradıcılığımı Şuşada davam etdirməyə başlamışam.
Əsasən qrafika üslubunda işləyirəm. Şuşaya qayıtdıqdan sonra
yaradıcılığıma müəyyən dəyişikliklər olacaq və rəngli əsərlərə də
üstünlük verirəm”.

Onun sözlərinə görə, Şuşadakı yaradıcılıq mühiti tamamilə
fərqlidir: “Artıq iki ildir Şuşada yaşayıram və bundan sonra
yaratdığı əsərlərin sayının daha da artacağına inanıram”.




Rəssam hesab edir ki, qarşıda Şuşa ilə bağlı yaradılacaq
çoxsaylı möhtəşəm əsərlər və işlənəcək mövzular var.

O əlavə edib ki, Şuşaya qayıtdıqdan sonra Yaradıcılıq Mərkəzində
onun fəaliyyəti üçün lazımi şərait yaradılıb və hazırda orada
çalışır.

Z.Mirzəyev bildirib ki, Şuşa əməliyyatı dünya hərb tarixinə
düşən əməliyyatlardan biridir:

“Mən hələ Bakıda yaşadığı dövrdə bu mövzu üzərində düşündüyünü
və müəyyən eskizlər hazırlamışam.Rəssamlıq elə bir sənətdir ki, bir
əsəri yaratmazdan əvvəl həmin məkanlara dəfələrlə gedib baxmalı,
müşahidələr aparmalı və qeydlər etməlisən. İnanıram ki, qarşıdakı
illərdə Şuşa zəfəri ilə bağlı möhtəşəm əsərlərim olacaq”.