Bakı. Trend:
Müxalifətdəki “Tisa” partiyası Macarıstanda parlament
seçkilərində qalib gələrək Milli Assambleyadakı (birpalatalı
parlament) 199 yerdən 138-ni qazanıb.
Trend-in məlumatına görə, bu barədə Milli Seçki Bürosu xəbər
verib.
Məlumata əsasən, partiya növbəti dörd il ərzində ölkənin ən
yüksək qanunvericilik orqanında konstitusiya çoxluğuna sahib
olacaq.
“Tisa” lideri Avropa Parlamentinin üzvü Peter Madyar may ayının
əvvəlində keçiriləcək ilk parlament sessiyasında baş nazir
seçiləcək. Dəqiq tarixi Macarıstan Prezidenti Tamaş Şuyok təyin
edəcək. Madyar hökumət başçısı vəzifəsində sağçı mühafizəkar “FİDES
– Macarıstan Vətəndaş Birliyi” partiyasının rəhbəri Viktor Orbanın
yerinə gələcək.

