Xəzər dənizində 3,3 bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Bu gecə Xəzər dənizində zəlzələ baş verib.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat
02:17-də qeydə alınıb.




Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ
ocağının dərinliyi 12 kilometr olub.

Qeyd edək ki, aprelin 8-də Xəzər dənizində bir neçə dəfə zəlzələ
qeydə alınıb.