
İran Küveytin bir neçə neft obyektinə və infrastrukturuna zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə Əmirliyin Daxili İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki bəyanatında bildirilib.
Qeyd olunub ki, “Kuwait Petroleum Corporation” neft-qaz korporasiyasının obyektləri, elektrik stansiyası və sutəmizləyici qurğular hücuma məruz qalıb.
“Kuwait Petroleum Corporation”a və Elektrik Enerjisi və Su Təchizatı Nazirliyinə məxsus bir neçə mühüm obyekt İran pilotsuz uçuş aparatlarının bir sıra intensiv zərbələrinə məruz qalıb. Hücumlar nəticəsində əhəmiyyətli dərəcədə maddi ziyan dəyib”, – nazirlikdən bildirilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


