
Bakı. Trend:
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin
rəhbəri Zamirə Ədilova vəzifəsindən azad edilib.
Trend xəbər
verir ki, bu barədə o özü sosial media hesabında paylaşım edib.
“Əziz dostlar, həmkarlar,
Bu gün TƏBİB-də son iş günüm idi.
Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar
və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir
həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür
edirəm.
Dəyərli komandamın hər bir üzvünə isə göstərdikləri fasiləsiz
səylərə, nizam-intizamlarına və uğurlu fəaliyyətinə görə sonsuz
minnətdaram!
TƏBİB-dən gözəl xatirələrlə ayrılıram və hər bir həmkarıma
gələcək fəaliyyətində uğurlar arzulayıram.
Media mənsubu həmkarlarıma isə dəstəkləri üçün dərin ehtiram və
sevgilərimi çatdırıram!
Görüşənədək”, paylaşımda bildirilib.
Qeyd edək ki, Zamirə Ədilova sözügedən vəzifəyə 2022-ci ildə
təyin olunub.


