Azərbaycanda internet kəsintiləri ilə bağlı yeni qayda

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda planlaşdırılan internet kəsintiləri barədə
ictimaiyyətə öncədən məlumat veriləcək.

Trend-in əldə
etdiyi məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə
operator və provayderlər cəlb etməklə yerinə yetiriləcək müvafiq
tapşırıqlar verilib.

Belə ki, ölkədə xidmət təchizatçıları tərəfindən şəbəkə və
xidmətlərin dayanıqlılığına təhlükə yaradan qəzalar, kütləvi
kəsintilər barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində
normativ hüquqi sənədlərə zəruri əlavələr ediləcək.




Həmçinin, pperator və provayderlərin internet kəsintiləri barədə
ictimaiyyətə öncədən məlumat verilməsini təmin etmək məqsədilə
internet informasiya ehtiyatlarında müvafiq məlumatlar
yerləşdiriləcək.

Görüləcək işlərin 2026-cı il avqustun 31-dək yekunlaşdırılması
planlaşdırılır.