Qətər İrandan kompensasiya tələb edir

Baş səhifə

Bakı.Trend:

Qətər İrandan ölkəyə edilən dron və raket hücumları zamanı
meydana gələn dağıntılara görə İrandan kompensasiya tələb edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Qətərin Xarici İşlər Nazirliyində bildirilib ki, İran öz
hücumlarının yaratdığı dağıntıların nəticələrini kompensasiya
etməlidir. Məlumat nazirliyin rəsmi saytında yerləşdirilib.




Qətər rəsmi şəkildə Birləşmiş Millətlər Təşkilatını
məlumatlandırıb ki, ölkə ərazisinə pilotsuz uçuş aparatları və
raket zərbələrinə görə hüquqi və maliyyə məsuliyyətini İranın
üzərinə qoyur.

Doha bəyan edib ki, Tehran bu hərəkətlər nəticəsində Qətər
dövlətinin məruz qaldığı bütün zərərin təzminatını ödəməlidir.