
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ-la əldə olunan atəşkəs razılaşmasına münasibət bildirib.
Modern.az xəbər verir ki, Pezeşkian X sosial şəbəkə hesabında bir mesaj paylaşaraq yazıb:
“Biz yenə də birlikdə qalacağıq. İstər diplomatiya meydanında, istər müdafiə sahəsində, istər küçələrdə.
Atəşkəs, İranın nəzərdə tutduğu ümumi prinsiplərin qəbul edilməsinin, böyük şəhid rəhbərimiz Xameneinin qanının bəhrəsinin və bütün xalqın səhnədə iştirakının nəticəsi oldu.
Bu gündən etibarən də biz yenə birlikdə qalacağıq – istər diplomatiya meydanında, istər müdafiə sahəsində, istər küçə səhnəsində, istərsə də xidmət göstərilməsi sahəsində.
Birlikdə olmağımız qələbədir”.


