Bir vəkil yol verilmiş intizam pozuntularına görə Kollegiyadan xaric edilib: digəri cərimələnib

Baş səhifə

Bakı. Trend:

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Yol verilmiş intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric
edilib, 1 vəkil barəsində cərimə tədbiri tətbiq olunub.

Trend xəbər
verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilir ki, 2026-cı il aprelin 8-də Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası
keçirilib.




Gündəliyə uyğun olaraq bəzi vəkillərin öz arzusu ilə vəkillik
fəaliyyətinə xitam verilməsi, daimi dövlət qulluğuna qəbul edilməsi
ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, müəyyən müddətə
üzvlük haqqından azad olunması və mövcud borcların silinməsi ilə
bağlı müraciətlərinə baxılıb. Həmçinin iclasda bəzi vəkillərin
vəkil kabineti yaratmaları, vəkil kabinetinin fəaliyyət göstərdiyi
ünvanının dəyişilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə
bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul
edilib.

Eyni zamanda iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə
Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin
göstərilməsi ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən daxil
olan müraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalq
səviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasının
əhəmiyyəti nəzərə alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsi
barədə müsbət qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə
baxılıb. Qəbul edilmiş qərarlara əsasən yol verilmiş intizam
pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib və 1 vəkil
barəsində isə cərimə tədbiri tətbiq olunub.