Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

Baş səhifə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Cib Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətini dövlət qeydiyyatına alıb.

APA-Economics” xəbər verir ki, nizamnamə kapitalı 500 min manat olan şirkətin qanuni təmsilçisi Gözəlov Gündüz Maxsud oğludur. Şirkət bu il yanvarın 22-də dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xocalı Ev.13a, Xətai Plaza-da yerləşir.