
Bakı. Trend:
Şirvan şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Trend-in
məlumatına görə, şəhər ərazisində fəaliyyət göstərən “Pizza Time”
restoranında qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər
Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimallara görə, zəhərlənmənin səbəbi həmin şəxslərin
restoranda yedikləri göbələklər olub.
Faktla bağlı araşdırma aparılır.

