
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insidentlə bağlı 10 nəfər saxlanılıb.
“Report” TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hadisə ilə əlaqədar İstanbul və Kocaeli şəhərlərində keçirilən əməliyyatlarda daha 5 şübhəli saxlanılıb.
Xəstəxanada müalicəsi davam edən 2 şübhəli də daxil olmaqla saxlanılanların sayı 10-a çatıb.
Qeyd edək ki, aprelin 7-də İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, nəticədə bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Həmçinin 2 polis əməkdaşı da silahlı insident zamanı xəsarət alıb.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


