
Bakı. Trend:
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarımın həyata keçirdikləri
əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil
etməkdə şübhəli bilinən Telman Nəsirov və Elşad Məhərrəmov
saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onlara məxsus nəqliyyat
vasitəsindən 15 kiloqram marixuana və 2970 ədəd psixotrop tərkibli
metodon həbi aşkarlanıb.
Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət
əlaqəsinə girərək narkotikləri qazanc əldə etmək və müxtəlif
ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.


