
Bakı.Trend:
Mingəçevirdə avtomobil restoranın divarına çırpılıb, xəsarət
alanlar var.
Trend-in
məlumatına görə, hadisə bu gün saat 02 radələrində Mingəçevir
şəhəri İslamzadə küçəsində baş verib.
Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq
restoranın divarına çırpılıb.
Nəticədə sürücü, 29 yaşlı Qurban İsmayılov, həmçinin sərnişinlər
– 20 yaşlı Ruslan Əhmədov və 23 yaşlı Kənan Məmmədov müxtəlif
dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.


