Vens, Vitkoff və Kuşner İslamabadda keçiriləcək ABŞ–İran danışıqlarında iştirak edə bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Prezidentin xüsusi
nümayəndəsi Stiv Vitkoff və Cared Kuşnerin İslamabadda keçirilməsi
planlaşdırılan İranla sülh danışıqlarında iştirakı gözlənilir.

Trend-in
məlumatına görə, bu barədə CNN telekanalı ABŞ administrasiyasının
rəsmilərinə istinadən məlumat yayıb.




Məlumata görə, ABŞ–İran danışıqları Pakistan nümayəndələrinin
vasitəçiliyi ilə İslamabadda keçirilə bilər. Bildirilir ki, hazırda
Macarıstanda səfərdə olan Vensin proqramına bu görüş əlavə oluna
bilər.

Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif aprelin 10-da
İran və ABŞ nümayəndə heyətlərini danışıqlar üçün İslamabada dəvət
edib.