
Bakı. Trend:
İraqın cənubunda yaşayış binasına edilən hücum nəticəsində
qadınların da daxil olduğu ən azı beş nəfər həlak olub.
Trend-in
məlumatına görə, bu barədə “Al Jazeera” televiziya kanalı İraq
təhlükəsizlik xidmətindəki mənbəyə istinadən bildirib.
Məlumata əsasən, atışmanın kim tərəfindən və haradan həyata
keçirildiyi hələlik müəyyən edilməyib.


