Bankların tikinti sektoru üzrə biznes kredit portfeli böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycan banklarının tikinti sektoru üzrə
biznes kredit portfeli 1,707 milyard manat təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq
müqayisədə 5,4 milyon manat və ya 0,3% azalıb, ötən ilin eyni
dövrünə nisbətən isə 296,3 milyon manat 21% artıb.




Belə ki, tikinti sektoru üzrə banklar tərəfindən verilmiş biznes
kreditlərin məbləği 2026-cı ilin fevralın 1-nə 1,713 miyard manat,
ötən ilin martın 1-nə isə 1,411 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2026-cı ilin martın 1-nə Azərbaycanda bankların
kredit portfeli 30,119 milyard manat olub. Kredit portfelinin
strukturunda biznes kreditlәri 53,3% (16,058 milyard manat),
istehlak kreditlәri 31,4% (9,467 milyard manat) vә ipoteka
kreditlәri 15,3 % (4,593 milyard manat) təşkil edib.