Abşeronda nitq qüsurlu uşaq tapılıb, polis valideynlərini axtarır

Baş səhifə

Bakı. Trend:

Yol Patrul Xidməti əməkdaşları tərəfindən Abşeron rayonu,
Xırdalan dairəsi ərazisində nitq qüsurlu azyaşlı uşaq aşkar
edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.




Bildirilir ki, uşağın kimliyini və yaxınlarının yerini bilən
şəxslərdən polis orqanlarına məlumat vermələri xahiş olunur.

Uşaq hazırda Abşeron Rayon Polis İdarəsindədir.