Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var

Baş səhifə

Ermənistanın İqtisadiyyat Nazirliyinin binasında silahlı insident baş verib.

Modern.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb. Hadisədə 21 yaşlı şəxs yaralanıb.

Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyanın verdiyi ilkin məlumata görə, hadisə qəsdən törədilməyib:

“Nazirliyin mühafizəsini təmin edən özəl şirkətin əməkdaşı növbəni təhvil alarkən ehtiyatsızlıqdan tabeliyindəki silahdan atəş açıb. Faktla bağlı Ermənistan İstintaq Komitəsinin İrəvan Şəhər İstintaq İdarəsində sənədlər tərtib edilib, araşdırma aparılır”.