
Bakı. Trend:
Cari ilin fevral ayının sonuna olan vəziyyətə görə, rezident
maliyyə təşkilatları tərəfindən buraxılmış ( statistik vahidin
ödəniş kartları daxil olmaqla) lokal kartlarla aparılmış
əməliyyatların sayı 61,9 min vahid, həcmi isə 64,35 milyon manat
təşkil edib.
Bu barədə Trend-ə
Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, ötən ilin fevral ayı ilə müqayisədə lokal
kartlardan istifadə etməklə aparılan əməliyyatların sayı 8,3 min
vahid və ya 15,5 faiz, həcmi isə 11,05 milyon manat və ya 20,7 faiz
artıb.
Qeyd edək ki, rezident maliyyə təşkilatlarının emissiya etdiyi
ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,
ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli
banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata
keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs
olunur.


