İran İordaniyaya raket və dronlarla hücum edib – Yaralılar var

Baş səhifə

Bakı. Trend:

İranın İordaniya ballistik raket və pilotsuz uçuş aparatları ilə
hücumları nəticəsində azı 2 nəfər yaralanıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

İordaniya Kral Hava Qüvvələri son 24 saat ərzndə iki İran
dronunu zərərsizləşdirib, başqa bir dron və ballistik raket isə
ölkənin hava hücumlarından müdafiə sistemlərinin hədəfindən yayına
bilib.




Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.