
İraqdan Malayziyaya xam neft aparan Türkiyəyə məxsus tanker dünən gecə Hörmüz boğazını təhlükəsiz şəkildə keçib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X” hesabında yazıb.
Nazir qeyd edib ki, bununla müharibənin başlanmasından bəri körfəzdə gözləyən Türkiyəyə məxsus üçüncü tanker də Hörmüz boğazını təhlükəsiz şəkildə keçib.
“Bu keçiddən sonra Hörmüz boğazı ətrafında olan Türkiyəyə məxsus tankerlərin sayı 12, bölgədən çıxış üçün müraciət edən gəmilərin sayı isə 8 olub”.
A.Uraloğlu onu da bildirib ki, hazırda bölgədən ayrılmaq istəyən 8 gəmi və həmin gəmilərdə xidmət edən 156 heyət üzvünün təhlükəsiz hərəkəti üçün işlər fasiləsiz davam etdirilir.
Ulaştırma ve Altyapı Bakanlığı olarak Hürmüz Boğazı’ndaki gelişmeleri yakından takip ediyor, bölgede bulunan Türk sahipli gemilerimizi ve Türk denizcilerimizi anlık olarak izliyoruz.
Dışişleri Bakanlığımızla yürüttüğümüz çalışmalar neticesinde, Irak’tan yüklediği ham petrolü…
— Abdulkadir URALOĞLU (@a_uraloglu) April 6, 2026
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


