
Dağıstanda daşqınlar nəticəsində üç nəfər həlak olub.
“Report”un məlumatına görə, bu barədə Rusiya KİV-i fövqəladə hallar üzrə xidmətlərə istinadən xəbər verir.
Bir qadının axtarışları davam edir.
Mahaçqalada fövqəladə vəziyyət elan edilib. İnsanlar təhlükəli ərazilərdən təxliyə edilərək müvəqqəti yaşayış məntəqələrinə yerləşdiriliblər.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


