İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Baş səhifə

Bakı. Trend:

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının
qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam
etdirilir.

Trend xəbər
verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi
məlumat yayıb.

Bildirilir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları
Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində
külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından
Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.




Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində
21 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq
götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.