
Abbas Əraqçi
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İslam Respublikasının nüvə obyektlərinə hücumu ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) məktub ünvanlayıb.
“Report” xəbər verir ki, A. Əraqçi bu barədə özünün “Telegram” kanalında yazıb.
O məktubda qeyd edib ki, ABŞ və İsrailin İranın nüvə oyektlərinə hücumları ağır humanitar və ekoloji nəticələrə səbəb ola bilər.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


