Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi müəyyənləşib

Baş səhifə
Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi müəyyənləşib

Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yeri tutan komanda bəlli olub.

“Report”un məlumatına görə, bürünc medal uğrunda oyunda “Aznur” “Sumqayıt”la üz-üzə gəlib.

Bakı Tennis Akademiyasındakı qarşılaşmada “Aznur” 6:4 hesablı qələbəyə sevinib.

Saat 20:30-da eyni arenada Azərbaycan çempionatının final matçı baş tutacaq. Həlledici görüşdə “Zirə” “Birbaşa Bakı” ilə qarşılaşacaq.