
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı planlaşdırır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən təqdim edilən 2027-ci maliyyə ili üçün ABŞ-nin federal büdcə layihəsində bildirilib.
Bundan əlavə, Beynəlxalq Kosmik Stansiyanın (ISS) maliyyələşdirilməsinin 1,1 milyard dollar azaldılması planlaşdırılır.
“Büdcə 2030-cu ildə ISS-in orbitdən təhlükəsiz şəkildə çıxarılması planlarını qoruyub saxlamaqla, kommersiya kosmik stansiyalarının sürətli inkişafını və yerləşdirilməsini prioritet olaraq müəyyən edir”, – Ağ Evdən bildirilib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


