Tarif Şurasından yeni ödənişli yolun məbləği ilə bağlı açıqlama

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, yeni tikilən 81,7
kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3
kilometrlik hissəsi ödənişli olacaq. Bununla bağlı Baş nazir Əli
Əsədov müvafiq qərar imzalayıb.

Trend xəbər verir
ki, qərara əsasən, ödənişin məbləğinin müəyyən edilməsi ilə bağlı
tapşırıqlar da verilib. Belə ki, Azərbaycan Respublikasının Tarif
(qiymət) Şurası avtomobil yolunun dərəcəsini nəzərə almaqla
nəqliyyat vasitələrinin gedişi üçün ödəniş məbləğini təsdiq
etməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə isə bu qərardan
irəli gələn məsələlərin həlli tapşırılıb.




Tarif (qiymət) Şurasından bildirilib ki, ödəniş məbləği
Agentliyin təklifləri təqdim edildikdən sonra müzakirə edilərək
müəyyən olunacaq.

Qeyd edək ki, qərar aprelin 1-dən qüvvəyə minib.