
Bakı. Trend:
NATO-nun ABŞ-İsrailin İrana qarşı apardığı hərbi kampaniyaya
qoşulmamasından sonra Birləşmiş Ştatlar Şimali Atlanik alyansdan
çıxmağı ciddi şəkildə nəzərdən keçirir.
Trend xəbər verir
ki, bunu ABŞ Prezidenti Donald Tramp Britaniyanın “The Telegraph”
qəzetinə verdiyi açıqlamada deyib.
“Məni NATO heç vaxt inandıra bilmədi. Həmişə bilirdim ki, o,
sadəcə kağızdan olan bir pələngdir, yeri gəlmişkən bunu elə Putin
də bilir”,- deyə Tramp vurğulayıb.
O həmçinin Rusiya-Ukrayna münaqişəsindən də söz açıb, ABŞ-nin
Ukraynanı qorumaq üçün öhdəsinə düşəni etdiyini bildirib. Trampın
sözlərinə görə, bu, ümumiyyətlə ABŞ-nin problemi deyildi.


