
Bakı. Trend:
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın Türk
Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 1,011
milyard ABŞ dolları təşkil edib.
Trend-in
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara
görə, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə
132,8 milyon ABŞ dolları və ya 11,6% azalıb.
Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi
Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16,1%-nə bərəbər olub.
2026-cı ilin ilk iki ayında Azərbaycanın Türkiyə ilə ticarət
dövriyyəsi əvvəlki illə müqayisədə 12,7% azalaraq 877,1 milyon
dollara, Qırğızıstanla ticarət dövriyyəsi 3,8 dəfə artaraq 9,9
milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 8,8% azalaraq 65,6
milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 9,7% azalaraq
58,7 milyon dollara bərabər olub.
Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində
Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış “Naxçıvan
Sazişi”nə əsasən yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın
adına dəyişiklik edilib və hazırda “Türk Dövlətləri Təşkilatı” adı
ilə fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir
və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və Türkiyə.
Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə
təşkilatda müşahidəçi statusa malikdir.


