Azərbaycan – Sent Lüsiya matçının vaxtında dəyişiklik edildi

Baş səhifə

Bakı. Trend:

Hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar “FIFA
Series – 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək
Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik
edilib.

Trend xəbər verir ki, bu
barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.




Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil
olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start
veriləcək.