
Bakı. Trend:
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakıda
fəaliyyət göstərən Rus Dram Teatrına göstərilən dəstəyə görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür
edib.
Trend xəbər
verir ki, o, bu barədə Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram
Teatrının binasının açılışında videobağlantı vasitəsilə çıxışı zamanı
bildirib.
“Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumi tarixi
keçmişin, o cümlədən mədəni irsin möhkəm təməli üzərində inkişaf
edir. Qeyd etmək lazımdır ki, Bakıda 100 ildən artıq əvvəl açılmış
məşhur Rus Dram Teatrı çox uğurla fəaliyyət göstərir. Bu baxımdan,
teatrın fəaliyyətinə göstərilən dəstəyə görə Prezident İlham
Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki,
bu iki səhnə — Bakıda Rus Dram Teatrı və Dərbənddə Azərbaycan Dram
Teatrı — mədəniyyətlərimiz arasında körpü rolunu oynayır”, – deyə
Rusiya Prezidenti vurğulayıb.


