Yeni Qvineya sahillərində zəlzələ qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

İndoneziya və Papua Yeni Qvineya dövlətlərinin ortaq ərazisi
olan Yeni Qvineya adasının sahillərində 5,9 bal gücündə zəlzələ baş
verib.

Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.




Məlumata görə, yeraltı təkanların episentri İndoneziyanın
Cayapura şəhərindən 174 kilometr şimal-qərbdə, ocağı isə 63
kilometr dərinlikdə yerləşib.

Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur. Sunami
təhlükəsi elan edilməyib.