ABŞ dollarında ilk dəfə fəaliyyətdə olan prezidentin imzası yerləşdirilə bilər

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ştatların Maliyyə Nazirliyi ölkənin yaranmasının
250-ci ildönümünün qeyd edilməsi münasibətilə milli valyuta
əsginaslarında ABŞ Prezidenti Donald Trampın və qurumun rəhbəri
Skott Bessentin imzalarının yerləşdirilməsinin planlaşdırıldığını
açıqlayıb.

Trend xəbər verir
ki, bu təşəbbüs həyata keçirilərsə, ölkə tarixində ilk dəfə
fəaliyyətdə olan dövlət başçısının imzası pul nişanlarında yer
alacaq.




“Böyük ölkəmizin və prezident Donald Trampın tarixi
nailiyyətlərini qeyd etmək üçün üzərində onun adı olan Amerika
dollarını buraxmaqdan daha təsirli bir yol yoxdur”, – deyə Skott
Bessent bildirib.

Nazirin sözlərinə görə, Trampın ölkə tarixində “ABŞ-nin iqtisadi
dirçəlişinin qızıl dövrünün memarı” kimi rolu nəzərə alınaraq onun
imzasının milli valyutada əks olunması “təkcə yerinə düşən deyil,
həm də tamamilə layiqlidir”.