“Qatar Airways” uçuşların azalması səbəbindən yaranan zərəri kompensasiya etməyə çalışır

Baş səhifə

Bakı. Trend:

Qətərin əsas aviadaşıyıcısı “Qatar Airways” mart ayında
uçuşların minimuma enməsi nəticəsində yaranan maddi zərəri
kompensasiya etməyə çalışır.

Trend xəbər verir
ki, aviadaşıyıcı təyyarə icarəyə verən şirkətlərlə danışıqlara
başlayıb. Məqsəd icarə haqqını azaltmaq və ya ödənişləri təxirə
salmaqdır.




Şirkət Yaxın Şərqdəki vəziyyət səbəbindən ay ərzində mindən çox
uçuşu ləğv edib. 20 ən böyük hava gəmisi isə hazırda İspaniya
aeroportlarında saxlanılır və mümkün risklərdən qorunur.

Regionun digər aviaşirkətləri də oxşar vəziyyətlə üzləşib.