
“Ənsar Allah” qruplaşması hadisələrin gedişindən asılı olaraq Yaxın Şərqdəki müharibəyə qoşulmağa hazırdır.
“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, bunu husilərin lideri Əbdülməlik əl-Husi bəyan edib.
“Hərbi cavab vermək zərurəti yarandıqda münaqişənin əvvəlki mərhələlərində etdiyimiz kimi, yubanmadan müdaxilə edəcəyik”, – deyə o bildirib.
İran daha əvvəl qlobal ticarətin əsas mərkəzi olan Babül-Məndəb boğazını bağlamaqla hədələmişdi. Eyni zamanda, ABŞ Nəqliyyat Nazirliyi husilərin boğazda hücumları bərpa edə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


