
Qarabağda qısa müddət ərzində bərpa templəri və infrastruktur inkişafının səviyyəsi nəzərəçarpan irəliləyişin olduğunu nümayiş etdirir.
“Report”un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu “NomadMania” klubunun təsisçisi və rəhbəri Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahlarla birgə Azərbaycanın azad edilmiş ərazilərinə səfər edən sinqapurlu səyyah Basant Sadasivan bildirib.
“Bu, mənim Qarabağa ikinci, Azərbaycana isə artıq beşinci və ya altıncı səfərimdir. Yenidən burada olmaqdan çox şadam. Ağdamda ikinci dəfə oluram, son 11 ay ərzində şəhər xeyli dəyişib. Başqa ölkələrdə bir evin tikintisinə onilliklər sərf olunur, lakin burada bir ildən az müddət ərzində çox sayda yeni binalar, bütöv yaşayış məhəllələri inşa edilib”, – o qeyd edib.
Səyyahın sözlərinə görə, genişmiqyaslı dəyişikliklər şəhərə girişdə də nəzərə çarpır.
Məlumat yenilənir…
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


